KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Varis Dirie - Səhra Çiçəyi


Şeçilmişlər Varis Dirie - Səhra Çiçəyi

Varis Dirie - Səhra Çiçəyi PDF
ADI:
Səhra Çiçəyi
REYTİNQ:
  • +160
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.87 MB
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir - beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir formasıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz. Müəllifin qeydi “Səhra çiçəyi” Varis Dirienin gerçək həyat hekayəsidir. Əsərdə təqdim olunan bütün hadisələr Varisin xatirələrinə əsaslanır və həyati faktlarla bağlıdır. “Səhra çiçəyi” əsərində təsvir edilən obrazlar gerçək şəxslərdir, lakin onların məxfiliyini qorumaq üçün şərti adlardan istifadə edilib.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Qonaq elnara
col cicegi ile sehra cicegi eyni kitabdi?
  • 19 oktyabr 2017 10:58
  • Status:
Qonaq Ramil
  • 16 dekabr 2018 22:48
  • Status: