KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Onore de Balzak Seçilmiş əsərləri


Şeçilmişlər Onore de Balzak Seçilmiş əsərləri

Onore de Balzak Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +25
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
3.62 MB
Onore de Balzak Seçilmiş əsərlərinə daxil edilmiş romanları: Qorio ata, Qulan dərisi, novellalar: Qobsek, Polkovnik Şaber.
Elə yazıçı və şairlər var ki, nə qədər məhsuldar olsalar da, yalnız aid olduqları xalqa mənsubdurlar. Ancaq elə şair və yazıçılar da vardır ki, onlar qələmə aldıqları mövzularla bütün bəşəriyyətə mənsubdurlar; Nizami, Nəsimi, Hüqo, Balzak, Gete, Russo, Dante, Rable kimi ədiblər məhz belələrindəndirlər.
Qeyd etdiyimiz kimi, Onore de Balzak təkcə fransızlara deyil, bütün bəşəriyyətə mənsubdur; o, fransız mühitinin geniş panoramım, mənəvi həqiqətlərini, bəşəriyyət üçün əhəmiyyətli olan qanunların inkişafını, müasir insanların aliliyini və bəzən rəzilliyini, onların arzularını, pozğunluqlarını, mənsub olduğu cəmiyyətin bütün təbəqələrinin həyatmı qələmə almağı qarşısına məqsəd kimi qoymuş və öz “Bəşəri komediya”sında iki min insan xarakterini iki min obrazla yaradaraq, oxucularına çatdırmışdır.
Yazıb-yaratmaq onun amalı idi: “İşləmək mənim üçün gecəyarısı oyanmaq, səhər saat 8-ə qədər yazmaq, on beş dəqiqə səhər yeməyinə sərf etmək və yenidən gündüz saat 5-ə qədər yazmaq, şam etmək, uzanıb yatmaq və hər gün yenə hər şeyi təzədən başlamaq deməkdir...” (15 fevral 1845-ci il).
“...Həmişə yazıram, əlyazmalarımı qarşıma qoyanda yeni planlar qururam, plan haqqında flkirləşməyəndə isə yazdıqlanmda düzəlişlər aparıram... Bax budur mənim həyatım” (14 noyabr 1842). Onore de Balzak 1799-cu il mayın 20-də əyalət şəhərciyi Turda anadan olmuşdur. Atası Bemar Fransua Balzak kəndli idi.