KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » O.Henri Seçilmiş əsərləri


Şeçilmişlər O.Henri Seçilmiş əsərləri

O.Henri Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +17
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.7 MB
Dünya ədəbiyyatının ünlü simalarından olan O.Henri, daha çox, hekayələr ustası kimi məşhurdur. Çox ağır bir həyat yaşayan yazıçı dünyasını erkən dəyişsə də, özündən sonra adını əbədi olaraq yaşadacaq on cildlik bir irs qoyub getmişdir. Onun əsl adı Uilyam Porterdir. 1862-ci ildə ABŞ-ın Şimali Karolina ştatında dünyaya gəlib. Həkim işləyən anası vərəm xəstəliyindən dünyasını dəyişəndən sonra üç yaşlı Uilyam nənəsinin himayəsində böyüyüb. Ailə faciəsi Uilyamın ciddi təhsil almasına, həm də sistemli mütaliəsinə mane olub. Əvvəlcə bibisi Mariya Evelina Porterin məktəbində, daha sonra Lindsi liseyində oxuyan Uilyam 1881—ci ildə aptekdə işləməyə başlayıb. Uşaq yaşlarından dövrünün zəif əsərlərindən tutmuş dünya ədəbiyyatının klassiklərinə qədər müxtəlif janrlı bədii əsərləri sistemsiz şəkildə oxuyub. O.Henri tanındıqdan sonra oxuduğu çoxsaylı əsərlər arasında ən çox sevdiyi kitabların məhz “Mir bir gecə” və Robert Bertonun “Melanxoliya anatomiyası” olduğunu bildirmişdi.
Uşaqlıqdan təngnəfəslikdən əziyyət çəkən Uilyam 1882-ci ildə Texasa gedir və bir həkim tanışının fermasında məskunlaşır. Hava dəyişkənliyinin səhhətinə müsbət təsir edəcəyini düşünən Uilyam düz yeddi il burada yaşayır. 1889-cu ildə isə Hyustona yollanır və “Post” qəzetində jurnalist kimi çalışmaqla bərabər, Milli Bankda xəzinədar işləyir.
Musiqi qruplarında fəal iştirakı və serenadalarda çıxışları onun gələcək ailə həyatının təməlini qoyur. Serenadada tanış olduğu varlı ailənin 17 yaşlı qızı Atol Estes ilə evlənən Uilyamın xoşbəxtlik arzulan ürəyində qalır. Estes vərəm xəstəliyinə yoluxur, əyləncəli həyata meyil göstərən Uilyamı isə xəzinədən oğurluq etməsini əsas gətirərək həbs edirlər.