KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Dünya uşaq ədəbiyyatından seçmələr-1


Şeçilmişlər Dünya uşaq ədəbiyyatından seçmələr-1

Dünya uşaq ədəbiyyatından seçmələr-1 PDF
ADI:
Dünya uşaq ədəbiyyatından seçmələr
REYTİNQ:
  • +21
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.47 MB
Alfons Dode. Taraskonlu Tartarenin qeyri-adi macəraları. Antuan de Sent-Ekzüperi. Adamların planeti. Hərbi təyyarəçi. Balaca şahzadə.
Məşhur fransız yazıçısı Alfons Dodenin “Taraskonlu Tartaren” trilogiya-sının birinci kitabı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” romanı XIX əsr Fransa həyatının bir sıra aktual ictimai-sosial problemlərinə həsr olunmuşdur. İncə yumorla və bəzən də kəskin satirik üslubla qələmə alınmış bu romanda Fransanın cənub əyaləti Provansda yerləşən Taraskon şəhəri sakinlərinin yaşayış tərzi, əsərin baş qəhrəmanı Tartarenin şöhrət qazanmaq üçün Əlcəzairə şir ovuna getməsi və orada onun başına gələn qeyri-adi macəralar təsvir edilmişdir.
Məşhur təyyarəçi-yazıçı Antuan de Sent-Ekzüperinin təqdim olunan əsərlərinin qəhrəmanları isə bütöv xarakterə, dəmir iradəyə, hadisələri açıq-aydın tərəddüdsüz qiymətləndirmək keyfiyyətlərinə malik insanlardır. Bu qəhrəmanların başlıca məqsədi təbiətin kortəbii qüvvələrini, əngin səmaları ram etmək yox, dəyişik səbəblərdən insanlar arasında qırılmış əlaqələri bərpa etməkdir.