KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Per Lagerkvistin Seçilmiş əsərləri


Şeçilmişlər Per Lagerkvistin Seçilmiş əsərləri

Per Lagerkvistin Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
16.6 MB
Bu kitab oxucularımızın Per Fabian Lagerkvistin yaradıcılığı ilə ilk tanışlığıdır. O, bütün yaradıcılığı boyu Tanrısını axtarıb. İnanmaq istərdik ki, onun maraqlı əsərlərini oxuyan hər kəs o ali məqsədə - öz Tanrısını tapmağa bir az da yaxınlaşacaq.
Kitaba daxil edilmiş ROMAN VƏ POVESTLƏR: Cırtdan (roman), Varavva (roman), Sivilla, Əbədiyyətin təbəssümü, Mariamna, Cəllad, Dünyada qonaq
1974-cü il iyulun 11-də Stokholm xəstəxanalarından birində Per Lagerkvist adlı insan 83 yaşında beyin iflicindən dünyasını dəyişdi. O, müasir İsveçin ən tanınmış yazıçısı idi. Ədibin bir çox xalqların dillərinə tərcümə olunmuş ən məşhur əsərlərini müasir dünya klassikasının gözəl nümunələri sırasına aid etmək olar.
Yazıçının ölümündən sonra tanınmış İsveç tənqidçisi Qunkel Malmström yazırdı: “İnsanlar arasında yadlaşma XX əsr ədəbiyyatının baş mövzusudur və bu baxımdan Per Lagerkvist özünün ruhu etibarilə Frans Kafka və Alber Kamyu kimi yazıçılara daha yaxındır. Lagerkvist elə söz ustalarındandır ki, onun bəşəriyyətin humanizm ideyalarından uzaqlaşmasına qarşı mübarizəsi sirli Tanrının axtarışlarına, həyatın metafiziki gizlinlərinin açılmasına gətirib çıxardı”.
Məşhur İsveç romançısı, şairi və dramaturqu Per Fabian Lagerkvist 1891 -ci il may ayının 23-də Cənubi İsveçin kiçik Veksö şəhərində anadan olub. O, Anders Yohan Lager-kvistlə İohanna Lagerkvistin yeddi uşağından ən kiçiyi idi. Atası əvvəlcə fermada çalışırdı, sonra isə dəmir yolunda işə düzəlmiş, uzun müddət yol nəzarətçisi olmuşdu.
1910-cu ildə orta məktəbi bitirən Per təhsil illərində Çarlz Darvinin, dövrünün digər qabaqcıl alim və yazıçılarının əsərlərini oxuyaraq, ailəsinə xas mühafizəkar lüteran tərbiyəsindən ciddi fərqlənən dünyagörüşə sahib olur. Orta təhsilini başa vurandan sonra o, iki il ərzində universitetdə ədəbiyyat və incəsənəti öyrənir.