KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Paulo Koelye Seçilmiş əsərləri


Şeçilmişlər Paulo Koelye Seçilmiş əsərləri

Paulo Koelye Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +15
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
4.27 MB
Paulo Koelye Seçilmiş əsərlərinə daxil edilmişdir - ROMANLAR Kimyagər, Maktub, Beşinci Dağ, İşıq savaşçisinin kitabı, Şeytan və senyorita Prim, Rio-Pyedranın sahilində oturub ağladım, HEKAYƏLƏR: Milad nağılı, Məryəmin təlxəyi
O, iyirmi ildən artıqdır ki, dünya ədəbiyyatının ən məşhur simalarından sayılır: kitabları milyon nüsxələrlə satılır, əsərləri onlarca dilə çevrilib; onun əsərlərini ciddi ədəbiyyat hadisəsi hesab eləyənlər də, yalnız oxucuların zövqünü oxşamaq üçün yazdığını söyləyənlər də var. Bununla belə, Paulo Koel-yo, az qala, hər iki ildən bir yeni əsəriylə oxucularının görüşünə gəlir, artıq neçə ildir ki, populyarlıqda özünə rəqib tanımır: yazıçının indiyədək dünyanın 140 ölkəsində milyonlarca nüsxə kitabı satılıb!
Amma onun həyatı heç də uğurlu gələcək vəd eləmirdi. 1947-ci ildə Braziliyada - Rio-de-Janeyro-da anadan olan Paulonun uşaqlığı və gəncliyi hərbi diktatura dövrünə təsadüf eləmişdi. 60-cı illərdə incəsənətlə məşğul olmağı yasaqlayan, sənət adamlarına cəmiyyətin tör-töküntüləri kimi baxan rejimdə yazıçılıq arzusuyla yaşamaq təhlükəli idi. Valideynləri bu “xəstəliyə düçar olan” Paulonu həbsdən xilas eləmək üçün onu psixiatriya xəstəxanasına yerləşdirdilər. On yeddi yaşından həyatın sınaqları qarşısında qalan oğlan xəstəxanadan çıxandan sonra hip-pilərə qoşuldu, kommunist ədəbiyyatından tutmuş Budda ayinləri kitablarınacan hər şeyi saf-çürük eləmədən oxudu, sonra gizli jurnal yaradıb, mənəviyyat məsələlərinə dair müzakirələr aparmağa başladı, üstəlik, anarxist mahnıların mətnini yazdı. Rok müğənnisi Paul Sexiasın ifasında səslənən həmin mahnılar gənc Pauloya şöhrət və kifayət qədər gəlir gətirdi. Amma o, yazıçılığa doğru düz 20 il (!) yol gedəcəkdi. Bu müddət ərzində Paulo Koelyo üç dəfə də həbsxanada yatmalı oldu: şeirlərinin mətnində “hökumət əleyhinə pozuculuq fəaliyyəti”nin izlərini tapmışdılar. O, qəzetdə jurnalist kimi çalışmağa, teatrda rejissorluq etməyə, pyeslər yazmağa can atır, səsyazma firmasında işləməyə cəhd göstərirdi. Amma bütün bu cəhdləri uğursuzluqla nəticələndi, ona axtardığı mənəvi rahatlığı vermədi.