KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Gi de Mopassan Əziz dost


Şeçilmişlər Gi de Mopassan Əziz dost

Gi de Mopassan Əziz dost PDF
ADI:
Əziz dost
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.61 MB
Hər şey elə buradan başladı. Məlum oldu ki, Forestyenin sarışın və gözəl həyat yoldaşı var, və onun rəfiqəsi de Marsel öz qızı ilə birlikdə burdadı. Masa arxasına deputat və “fransız həyatı” jurnalının redaktoru Valter də təşrif buyurur. 
Dyura isə çəngəl, bıçaq və 4 qədəhlə necə rəftar etmək lazım olduğunu bilmir. Və budur söhbət Əlcəzairdəki xidmətdən düşdü və Dyura söhbətə qoşulur. Ona dayanmadan suallar verilir, o diqqət mərkəzindədi. Forestye isə Valterdən Jorju jurnalist kimi işə götürməyi xahiş edir. Hələlik, Jorja Əlcəzair haqqda 2-3 oçerk yazmaq tapşırılır. Nahar zamanı Jorj de Marselin balaca qızının ürəyini fəth edir, o onu yellədir və arada bir yanağından öpürdü. De Marsel heyrət içindədi və bildirir ki, Jorj əvəzolunmazdı...


Restoranın kassirindən beş frankın qalığını alan Jorj Dürua çıxışa sarı yönəldi.Onsuz da boy-buxunlu olan və üstəlik, zabitlikdən qalma adəti üzrə qəddini şax tutan buyaraşıqlı kişi cavanlara məxsus bir əda ilə bığlarını burdu, bu məkana hələ indi-indi baş çəkənmüştəriləri şahinin, adətən, öz şikarına yönəltdiyi iti baxışlarla süzdü.Bu ucuz yeməkxananın daimi müştəriləri sayılan qadınlar baxışlarını qaldırıb ona baxdılar:onların arasında üç gənc işçi qadından başqa, bir ortayaşlı, saçları pırtlaşıq, pinti geyimli, şlyapasınıtoz basmış musiqi müəlliməsi və ərləriylə bərabər oturan şəhərli əsnaf təbəqəsindən iki xanım vardı.Səkidə bir dəqiqəliyinə ayaq saxlayıb, hara gedəcəyini götür-qoy elədi. Bu gün iyunun iyirmisəkkizi idi. Ayın birinə qədər cibində vur-tut üç frank qırx santimi qalırdı. Bu isə qəlyanaltısız ikinahar və ya naharsız iki qəlyanaltı demək idi, – buyur, indi özün seç. Qəlyanatlı bir frank onsantimə, nahar isə yarım frankadır. Əgər naharlardan imtina eləsə, onda bir frank iyirmi santimqabağa düşəcək. Fikirləşdi ki, bu hesabla iki kərə kolbasa-çörəklə şam edib, bulvarda iki parç pivəiçə bilər. Axı o, onunçün ən böyük və gerçək həzz olan axşam pivəsindən heç cür vaz keçəbilməzdi. Notr-Dam-de-Loret küçəsinə üz tutdu....