KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Con Apdayk Seçilmiş əsərləri


Şeçilmişlər Con Apdayk Seçilmiş əsərləri

Con Apdayk Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərləri
REYTİNQ:
  • +2
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
4.41 MB
Müasir dünya ədəbiyyatı seriyasına daxil olan Amerika ədəbiyyatının görkəmli söz ustası Con Hoyer Apdaykın “Seçilmiş əsərləri”nə “Dovşan, qaç”, “Kentavr” romanları və müxtəlif məzmunlu hekayələri daxil edilmişdir. “Dovşan, qaç” romanının ideyasında cəmiyyət üçün ailə, övlad və valideyn, yaxın qohumluq münasibətlərini müqəddəs saymağın ən zəruri normalardan olduğu vurğulanır.
“Kentavr” romanında yazıçı bədii fikrin ən zəngin qaynaqlarından sayılan yunan mifologiyasındakı obrazlar vasitəsilə yazıçı təxəyyülünün daha dolğun ifadəsinə, təsvirlərin orijinal reallığına, mükalimələrin canlı, dinamik səslənməsinə nail olmuşdur.
Mürəkkəb daxili tərəddüd və sarsıntılar Dovşanı bəzən ifrat həssas, yəqin ki, buna görə də xəstə -əsəbi, isterika dərəcəsinə gətirib çıxarır. Təsadüfi deyil ki, arvadı Censi tərk eləyən gənc ər onun içkiyə aludəçiliyinə dözə bilmir, ancaq təsadüfən tanış olduğu Rutla da münasibətlərinin müvəqqəti olması oxucuya onun sağlam insan ömrünün tükəndiyindən xəbər verir. Pastorun arvadının hisslərinə cavab verməyən Dovşan bir tərəfdən qolf oynadığı müqəddəs ataya hörmətini, öz şəxsi ləyaqətini göstərirsə, əsərin sonunda çox sarsıntı və təbəddülat-lardan sonra Rut tərəfindən də rədd edilir, ancaq qadının ona qarşı tərəddüdlə dolu münasibətində qəribə məhəbbət, istək və çox güclü dramatik kolliziya məqamı uzun müddət diqqətÜ oxucunu öz təsiri altında saxlayır.