KitabYurdu » Kitab » Dini » MÖVLANA CƏLALƏDDİN RUMİ MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2


Şeçilmişlər MÖVLANA CƏLALƏDDİN RUMİ MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2

MÖVLANA CƏLALƏDDİN RUMİ MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2 DOC
ADI:
MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 2
REYTİNQ:
  • +21
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
3 MB
XIII əsrin ən məşhur sufi şairlərindən biri olan Mov­la­na Cəlaləddin Ruminin «Mənəviyyat məsnəvi­lə­ri»nin ikin­­ci dəftərini də bitirdim. Bu əsər altı «dəftər»dən iba­rət­dir. Əsər təsəvvüf ədəbiyyatının ən mükəmməl nümu­nə­si­dir. 
Cəlaləddin Rumi 30 min beytlik divanın, «Mənəviyyat məsnəvi»ləri adlandırılan 47-min beytlik farsca yazılmış əsərin, «Fihi mafihi» («Əşyaların mahiyyəti») fəlsəfi və dini fəlsəfi əsərlərin müəllifidir. Cəlaləddin Rumi əsərlərinin demək olar ki, əksər hissəsini fars dilində yazmışdır. Lakin onun Türk dilində də şerləri vardır.Cəlaləddin Ruminin ədəbi irsi bütün Şərq aləmində, həmçinin Avropada geniş yayılmışdır. 
Qeyd etdiyimiz kimi, Cəlaləddin ədəbi irsinin əksər hissəsi fars dilində yazılmışdır. Lakin bu görkəmli şairin əsərləri son illərə qədər Azərbaycan dilinə tərcümə olunmamışdır. Yalnız Ruminin «Mənəviyyat məsnəvi»lərindən bəzi parçalar, yarımçıq şəkildəXX əsrin əvvəllərində ayrı-ayrı müəlliflər tərəfindən tərcümə olunmuşdur.