KitabYurdu » Kitab » Dini » Bibliya – Müqəddəs Kitab


Şeçilmişlər Bibliya – Müqəddəs Kitab

Bibliya – Müqəddəs Kitab PDF
ADI:
Bibliya, İncil
REYTİNQ:
  • +42
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
13.88 MB

Bibliya — Xristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq və Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir.

Müqəddəs Kitab bütün zamanların ən çox satan kitab hesab olunur və 100 milyon nüsxə illik satış qiymətləndirmişdir. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.

Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.