KitabYurdu » Kitab » Dərslik » Hidravlika


Şeçilmişlər Hidravlika

Hidravlika PDF
ADI:
Hidravlika
REYTİNQ:
  • +37
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1990
ÖLÇÜSÜ:
4.16 MB
Dərslikdə neft qaz quyularının qazılması, istismarı, neft və qaz məhsullarının nəqli və s. kimi texnoloji proseslərin optimal idarə edilməsində qarşıya çıxan hidravlik məsələlərin həlli üsulları müasir fiziki kimya, maye və qaz mexanikası, eləcə də mürəkkəb sistemlərin reofizikası sahəsindəki nəaliyyətlərə əsaslanaraq verilmişdir. Kitabdan təkcə tələbələr deyil, bu sahədə çalışan elmi işçilər və mühəndislər də istifadə edə bilər.
Neft və qaz çıxarılmasının texnoloji proseslərində müxtəlif reoloji xassəli mayelərin və onlarin məhlullarının (qazlı, qumlu, gilli, sulu və s.) mürəkkəb termobarik şəraitdəki (yüksək temperatur, təzyiq,kütləötürmə və s.) strukturu tam məlum olmayan mühitdə (məsaməli mühit, dərinliyi min metrlərlə ölçülən quyu lüləsi və uzunluğu kilometrlərlə ölçülən boru kəmərləri və s.) hərəkətinə rast gəlinir. Əksər hallarda informasiyanın çatışmazlığı şəraitində texnoloji proseslərin tənzimlənməsi və optimal idarə edilməsi məsələsi qarşıda durur.
Amerika alimi S.Bira görə müasir texnoloji proseslərin mürəkkəbliyi və qeyri-müəyyənliiyi əsrin problemlərindəndir. Bu çətinliklər neftçi mühəndisdən yüksək mühəndis təfəkkürü,istehsal-texniki məsələlərin həlli yollarını, yaradıcılıq və ixtiraçılıq metodologiyasını dərindən mənimsəmək, yenilik və qabaqcıllıq uğrunda mübariz olmaq, insanların psixologiyasını başa düşmək,əməyi düzgün təşkil etmək, qəti və aydın göstəriş vermək, situasiyasını fövrən təhlıl etmək və müqabil tərəfi dinləmək, dərin texniki bilik, lazımi informasiya çatışmazlığı şəraitində düzgün və operativ qərar
qəbul etmək və s. kimi xüsusiyyətlər tələb edir. Mühəndisdə cəsarət , təşəbbüskarlıq, daim yenilik hissi, yüksək keyfiyyətli və səmərəli texnoloji prosesə keçmək uzaqgörənliyi, nəhayət, iqtisadi düşüncə, materiala, əməeə və əsaslı vəsait qoyuluşuna qənaət etmək bacarığı olmalıdır. Bu cəhətdən mühəndis peşəsinə aşağıdakı meyarlarla yanaşmaq daha maraqlıdır.