KitabYurdu » Kitab » Dərslik » Mamalıq (dərslik)


Şeçilmişlər Mamalıq (dərslik)

Mamalıq (dərslik) PDF
ADI:
Mamalıq
REYTİNQ:
  • +128
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
23.2 MB
Azərbaycan dilində ilk dəfə yazılmış orijinal "Mamalıq" dərsliyində müasir mamalığın mühüm problemləri tədris proqramına müvafiq şəkildə şərh edilmişdir. Dərslik Azərbaycan Tibb Universiteti üçün nəzərdə tutulduğundan, burada ölkəmizin tibb alimlərinin elmi araşdırmalarına geniş yer ayrılmış, "Mamalıq" elminin inkişaf tarixinə həsr edilən bölmədə ölkəmizin tibb korifeyləri haqqında ətraflı məlumat verilmişdir.
Kitabda hamilə qadın orqanizmində baş verən fizioloji proseslər, hamiləlik və zahılıq dövrlərinin gigiyenası, hamilə qadınların doğuşa fiziki və psixi hazırlığı, doğuşa yardımın və mamalıq operasiyalarının texnika və taktikası geniş şərh edilmişdir. Burada həmçinin hamiləliyin erkən diaqnostikasının müasir üsullarının, ana bətnində dölün vəziyyətinin və ona təsir göstərən amillərin şərhinə geniş yer ayrılmışdır. Dərslikdə dölün bətndaxili inkişaf anomaliyaları, yenidoğulmuşlarda rast gəlinən anomaliya və irsi xəstəliklər haqqında da məlumatlar öz əksini tapmışdır; burada Azərbaycanın ölkə patologiyasının xüsusiyyətləri nəzərə alınmış, bətndaxili inkişaf anomaliyalarının və irsi xəstəliklərin Azərbaycanda daha geniş yayılmış formalarının şərhinə xüsusi diqqət yetirilmişdir. Kitab Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Universiteti üçün təsdiq etdiyi tədris proqramına uyğun olaraq tərtib edilmişdir. Lakin ondan ölkəmizdə fəaliyyət göstərən digər universitetlərin tibb fakültələrinin tələbələri, praktik həkimlər və elmi işçilər də istifadə edə bilərlər.
ulduz_y_
Kitabin müeyyen sehifelerinden sonra yazilar itir. Niye?
  • 23 mart 2018 18:03
  • Status: İstidafəçi xətdə deyil