» » » Elxan Elatlı Xəyanət


Şeçilmişlər Elxan Elatlı Xəyanət

Elxan Elatlı Xəyanət PDF
ADI:
Xəyanət
REYTİNQ:
  • +447
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
2.23 MB

Bu kitab Azərbaycan milli detektivinin əsas  yaradıcılarından  hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır.  Romanda  yüksək vəzifə sahibi  olan  birinin  başına  gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır..  

Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. 

-Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. 

-Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. 

-Buraxın gəlsinlər, vaxtım azdır. 

Saat yeddidə Dram  Teatrında  Hüseyn  Cavidin  “İblis”  tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. 

Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. 

Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa  dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. 

Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.  


Saytımıza dəstək məqsədi ilə materialları sosial şəbəkələrdə paylaşmağı və rəy yazmağı unutmayın.
arcssssc
cox beyendim.
  • 18 mart 2017 11:16
  • Status: İstidafəçi xətdə deyil