KitabYurdu » Kitab » Antik ədəbiyyat antologiyası I cild


Şeçilmişlər Antik ədəbiyyat antologiyası I cild

Antik ədəbiyyat antologiyası I cild PDF
ADI:
Antik ədəbiyyat antologiyası I cild
REYTİNQ:
  • +28
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2006
ÖLÇÜSÜ:
1.7 MB
Oxuculara təqdim edilən bu kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Hesiodun, Esxilin, Evripidin, Sofoklun, Aristofanın, Aristotelin uzun əsrlər boyu dünya ədəbiyyatı xəzinəsini bəzəyən inciləri və qədim Roma ədəbiyyatından nümunələr daxil edilmişdir.
Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarını mənimsəmək üçün onu ilk təşəkkül mərhələlərindən başlayaraq ardıcıl şəkildə öyrənmək lazım gəlir. Buna görədir ki, uzun illərdən bəri, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da doğma ədəbiyyatın ən qədim dövrlərdən inkişaf tarixinin öyrənilməsi ilə yanaşı, bəşər mədəniyyətinin ilk nümunələrindən olan antik ədəbiyyatın tarixinə də ciddi fikir verilir. Hələ 50-ci illərin əvvəllərində antik ədəbiyyat tarixinə aid dərsliklər və müvafiq olaraq müntəxəbatlar hazırlanıb nəşr edilmişdi. Bu işdə görkəmli xarici ədəbiyyat mütəxəssisi, professor Əli Sultanlının böyük xidmətləri olmuşdu. “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı” dərsliklərini, habelə xarici ədəbiyyatla bağlı bir sıra kitabları ilk dəfə o, çap etdirib oxucuların, mütəxəssislərin və tələbələrin istifadəsinə vermişdir.
Qədim ədəbiyyatın daha dərindən öyrənilməsini təmin etmək üçün nəşr olunmuş ilk “Antik ədəbiyyat müntəxəbatı”nm tərtibçisi də professor Əli Sultanlı olmuşdur. 1950-ci ildə nəşr edilən həmin kitabın müqəddiməsində tərtibçi yazırdı: “Qədim yunan ədəbiyyatından tərtib edilən bu müntəxəbat bizdə tamamilə yeni və ilk təcrübədir... Oxuculara təqdim etdiyimiz bu müntəxəbatda ellinizm dövrünə qədər yunan ədəbiyyatının ən klassik nümunələri, rus dilindən tərcümə edilərək verilmişdir”. Bu müntəxəbat tərtibçinin böyük elmi və təşkilati fəaliyyətinin nəticəsi kimi meydana gəlmişdi: belə ki, o, kitabın ali məktəblər üçün nəzərdə tutulmuş proqrama uyğun məzmununu, tərtibi prinsiplərini müəyyənləşdirmiş seçilmiş bədii nümunələri əsasən görkəmli yazıçılara (M.Rzaquluzadə, R.Rza, Ə.Məmmədxanlı, Əvəz Sadıq, O.Sarıvəlli, M.Arif, M.Dilbazi, N.Rəfıbəyli, S.Rəhman və başqaları) tərcümə etdirmiş, lazımi ədəbi-tarixi məlumatları yazmış, müntəxəbatı tərtib edib nəşr etdirmişdir. İndi oxuculara təqdim edilən bu antologiyada da həmin kitabdan istifadə olunmuş və onun tərtibi təcrübəsindən bəhrələnmişik.