KitabYurdu » Kitab » Ken Blançard, Spenser Conson Bir Dəqiqə İdarəçisi


Şeçilmişlər Ken Blançard, Spenser Conson Bir Dəqiqə İdarəçisi

Ken Blançard, Spenser Conson Bir Dəqiqə İdarəçisi PDF
ADI:
Bir Dəqiqə İdarəçisi
REYTİNQ:
  • +5
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
722 KB

Bir Dəqiqə İdarəçisinin simvolu - bir dəqiqəni istənilən saatın üzündən oxumaq mümkündür. Kitab hər birimizə günümüzdən bir dəqiqə ayıraraq, idarəçiliyimiz altında olan insanların üzünə baxmağı tövsiyə edir. Onların sizin üçün ən böyük sərmayə olduğunu dərk etməyinizi istəyir.

“Bir Dəqiqə İdarəçisi”nin uğuru hələ də məni təəc­cübləndirir. Mən on il idi ki, kollec professoru idim, bir cüt dərslikdən başqa, məşhur heç nə yazmamışdım. San-Dieqoda müəlliflər üçün verilən kokteyldə kitabın ikinci müəllifi Spencer Conson ilə tanış oldum. Spencer “Dəyərli nağıllar” adlandırılan uğurlu silsilə kitablar müəllifi idi. Biz onunla görüşəndə “Bir Dəqiqə Valideyni” adlı hədəf və əks-əlaqəyə aid kitab üzərində işləyirdi. Mən buna oxşar konsepti tədris edirdim, növbəti bazar ertəsi onu seminara dəvət etdim. O, otağın küncündə oturub, gülərək qəhqəhə çəkirdi. Dərs sona çatanda o, mənim yanıma gəlib dedi ki: “Bir Dəqiqə Valideyni”ni unut getsin, gəl “Bir Dəqiqə İdarəçisi”ni yazaq. Mən professor kimi nağıl, Spencer isə yazıçı kimi nağıl danışırdı, beləliklə, bizim ideyamız bir neçə sadə idarəçilik üsulu haqqında məcazi üsulla

yazılacaqdı. Məncə, “Bir Dəqiqə İdarəçisi“nin məşhurluğuna səbəb həmin sadəlik oldu. Mən uğura səbəb olan insanlara işlərində kömək olacaq sadə sirlər haqqında parabolalar yazmağa başladım. Liderlik və Bir Dəqiqə İdarəçisi silsilənin növbəti kitabı oldu.

 Liderlik və Bir Dəqiqə İdarəçisi silsilənin növbəti kitabı oldu. Bu dəfəki əsərdə müəlliflər - Dri Ziqarmi və Pet Ziqarmi, həmçinin mən, ideyasını 1960-cı illərdən Pol Hersi ilə inkişaf etdirdiyim “Ani liderliyin sirlərini” öyrətdik. Kitab idarəçilərə müxtəlif fərd və situasiyaların öhdəsindən gəlmək üçün təcrübə və ideyalar verirdi.