KitabYurdu » Kitab » İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


Şeçilmişlər İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri PDF
ADI:
İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.43 MB
Kitabda ibtidai təhsilin məzmununun nəzəri problemləri araşdırılır, ibtidai təhsilin məzmununun prinsipləri, funksiyaları, stuktur məsələləri təhlil edilir.
Kitab müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda aparılan ictimai, iqtisadi və mədəni dəyişikliklər onun müstəqil bir ölkə kimi sürətlə, inkişaf etdirilməsinə yönəlmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın təhsil həyatında uğurlu təhsil islahatları həyata keçirilir. Təhsilin bütün pillələrində, o cümlədən ümumi təhsildə köklü dəyişikliklər aparılır. Təhsilin bütün səviyyələrində qlobal dünyanın tələblərinə uyğun standartların, pedaqoji texnologiyaların, idarəetmə və qiymətləndirmə mexanizmlərinin hazırlanması istiqamətində tədbirlər görülür. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq bu işlərin uğurla həyata keçirilməsi, Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsi baxımından daha da təkmilləşdirilməsi hazırkı dövrün ən məsul və ciddi vəzifələrindən hesab edilir. Həmin vəzifələrin reallaşdırılması, həyata keçirilməsi zəruri bir problem kimi gündəmdə dayanır.
Elmi-pedaqoji ictimaiyyətə təqdim olunan Gülarə Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabı bu baxımdan aktuallıq kəsb edir. Əsər müəllifin mənim rəhbərliyimlə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyi eyni adlı dissertasiyanın materialları əsasında hazırlanmışdır. İbtidai təhsilin yenidən qurulması, bir sistem kimi formalaşdırılması onun məzmununun düzgün müəyyənləşdirilməsindən asılıdır. Uzun illər bu bir problem kimi Azərbaycan təhsilində maraq doğurmuş, onun həlli istiqamətində tədbirlər görülmüşdür. Ayrı-ayrı fənlərin tədrisi ilə bağlı aparılmış araşdırmalar daha çox metodik xarakter daşımışdır. Bu kitabda isə ibtidai təhsilin məzmunu, onun nəzəri-pedaqoji problemləri tədqiqat obyektinə çevrilmiş, ciddi araşdırmalar aparılmış, mövcud elmi-nəzəri ədəbiyyata, təhsillə bağlı hüquqi-normativ sənədlərə, bu sahədə qazanılan təcrübəyə istinadən maraqlı ideyalar tədqiqat predmetinə çevrilmişdir.
Kitabın birinci fəslində tədqiqatın ümumi məsələləri müzakirə obyektinə çevrilmişdir. Təhsilin məzmunu mühüm pedaqoji anlayışlardan biri kimi müasirlik müstəvisində araşdırılmış, şəxsiyyətyönümlülük, nəticəyönümlülük prinsipləri əsasında qurulan Azərbaycan təhsilinin tələbləri baxımından dəyişdirilmişdir. Bu gün daha çox eyni semantik məqamlarda işlənən “təhsilin məzmunu” və “təlimin məzmunu” anlayışlarına münasibət bildirilmişdir. Əsərdə ibtidai təhsilin mövcud vəziyyətinin təhlilinə tədqiqatın ümumi məsələləri kimi yanaşılmışdır. Ədəbiyyatın təhlilində ümumləşdirmələr aparılmış, məzmunun müəyyən olunmasının əhəmiyyəti, onun prinsipləri, funksiyaları, struktur xüsusiyyətləri prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılmışdır.
İbtidai təhsilin mövcud vəziyyəti araşdırılarkən Azərbaycan hökumətinin 1999-cu ildə, eləcə də 2006-cı ildə ümumi təhsillə, o cümlədən ibtidai təhsillə bağlı sənədlər nəzərdən keçirilmiş, təhlil edilmişdir.
Kitabın ikinci fəsli ibtidai təhsilin məzmununun mühüm pedaqoji problemlərinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatın ümumi strukturunda belə bir ardıcıllığın müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İbtidai təhsilin məzmununun pedaqoji problemlərinin araşdırılması qarşıya qoyulmuş məqsədin, müəyyən olunmuş nəzəri müddəaların reallaşdırılmasını təmin edir. Məlum olduğu kimi, pedaqoji ədəbiyyatlarda təhsilin məzmununun müəyyən olunması, prinsipləri ilə bağlı xeyli yanaşmalar vardır. Onların müəyyən qismində həm də konkret olaraq ibtidai təhsilin məzmunundan bəhs edilir. Kitabda bu məsələyə aydınlıq gətirməklə, ümumləşdirilmələr aparılır, təkliflər irəli sürülür. İbtidai təhsilin məzmununun yeni konteksdə qurulması, yeni yanaşmalar əsasında formalaşdırılması barədə aparılan araşdırmalar və alınan nəticələr yenidir. İbtidai təhsilin məzmununun prinsipləri müasir dövrün tələbləri baxımından əhəmiyyətli hesab edilir. İbtidai təhsilin funksiyaları ilə əlaqədar aparılan araşdırmalar da yenidir. Kitabda belə nəticəyə gəlinir ki, bu funksiyaların müəyyənləşdirilməsi müasir məzmunu ifadə edən standartların konkretləşdirilməsi baxımından zəruridir.
İlk dəfə olaraq bu əsərdə ibtidai təhsilin məzmununun nəticəyönümlü strukturu verilir. Yeni struktur modeli, komponentləri, elementləri şərh olunur. İrəli sürülən pedaqoji müddəalar nəzəri və praktik cəhətdən əsaslandırılır. Elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən G.Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabının elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.